logo

"AZAL" Bakı-London reysinin sərnişinlərə müraciət edib

17:57 16-07-2022 | icon 1330
"AZAL" Bakı-London reysinin sərnişinlərə müraciət edib

Londonun Hitrou(LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar “Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.

"AZAL"dan YeniAvropa-ya bildirilib ki, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin “[email protected]” ünvanına müraciət edə bilərlər.