logo

Bakıda keçmiş arvadını öldürən şəxs tutulub

11:55 16-07-2022 | icon 1302
Bakıda keçmiş arvadını öldürən şəxs tutulub

İyulun 15-i saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.