logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:10 16-07-2022 | icon 1218
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 55 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 46 nəfər , o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.