logo

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

12:32 15-07-2022 | icon 1575
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2022-ci ilin 1-ci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, nazirliyin struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri videoformatda qoşulub.

İclasda iştirakçıların hesabatları dinlənilib, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.