logo

Gürcüstanda hakim partiyanın sıralarını tərk edən vəzifəli şəxslərin sayı artır

15:15 11-07-2022 | icon 2926
Gürcüstanda hakim partiyanın sıralarını tərk edən vəzifəli şəxslərin sayı artır

Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının üzvləri sırasında istefa verənlərin sayı durmadan artır. Ölkənin müxtəlif bölgələrində hakim partiyanı təmsil edən daha dörd nəfər vəzifəsindən istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  istefa verənlər yerli hakimiyyət orqanlarının nümayəndələridir. Laqodexi bələdiyyəsi sədrinin müavini Giorgi Qambaşidze, Çiatura şəhər şurasının üzvü Nikoloz Samxaradze, Tercola və Axaltsixe şəhər şuralarının sədr müavinləri Omar Cixvaşvili və Saba Kbilaşvili tutduqları vəzifə ilə yanaşı, partiya sıralarını da tərk ediblər. Onlar bununla “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasını bu günlərdə tərk edən Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə dəstəklərini ifadə ediblər.