logo

SOCAR-ın ümumi kapitalı 23 milyard, nağd pul vəsaitləri isə 9 milyard manat təşkil edir

08:55 08-07-2022 | icon 2163
SOCAR-ın ümumi kapitalı 23 milyard, nağd pul vəsaitləri isə 9 milyard manat təşkil edir

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində artım tendensiyası müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edilib ki, SOCAR-ın cəmi kapitalı 3,8 faiz artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5 faiz artaraq 9 milyard manata yüksəlib.

Qeyd edək ki, şirkətin dekabrın 31-i 2021-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib.