Futbol üzrə Fransa milli komandası Rusiyada keçirilən dünya çempionatından sonra vətənə qayıdıb.
YeniAvropa xəbər verir ki, Fransa millisinin məşqçilərini və oyunçularını paytaxt Parisdə minlərlə insan qarşılayıb. "DÇ-2018"in qalibi olan komanda çempionluq paradı təşkil edib. Fransa yığmasının üzvlərinin daha sonra ölkə prezidenti Emmanuel Makronla görüşü gözlənilir.
Qeyd edək ki, Moskvada "Lujniki" stadionunda baş tutan final matçında Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.