logo

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli görüşü olacaq

13:53 26-06-2022 | icon 1981
Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli görüşü olacaq

Sabah Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.