Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü qeyd olunub
Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Ölkənin bütün ərazisində 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunan mərasimlər təşkil olunub. Məscidlərdə, Şəhidlər xiyabanlarında, konfrans və toplantılarda şəhidlərin ruhuna dualar oxunub, ailələrinə səbir və dözüm, qazilərə Allahdan şəfa dilənib.
YeniAvropa xəbər verir ki, ən böyük izdihamlı mitinq İstanbuldakı 15 Temmuz (iyul) – Şəhidlər Körpüsündə keçirilib.
Mitinqçilər qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi fədakarlıqdan danışıb. Prezident əminliklə bildirib ki, Fətullahçı terror təşkilatının (FETÖ) bütün üzvləri qanun qarşısında cavab verəcəklər.
Tarixin daha bir ağır sınağından üzüağ çıxan qardaş Türkiyə xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. İnsanlar “Öncə Vətən!” şüarı ilə küçə və meydanlara axışıblar. Hüquqi dövlətin qorunması, Vətəninin bütövlüyü naminə canlarından keçməyə hazır olan vətəndaşlar həyatlarını təhlükəyə ataraq ölkəni məhv olmaqdan xilas etdilər. Azğınlaşmış hərbi qiyamçılar dinc əhaliyə, günahsız insanlara silah tətbiq etsələr də xalqın etiraz dalğasına təslim olmaq məcburiyyətində qaldılar.
Qeyd edək ki, həmin gecə baş verən hərbi qiyam, dövlət çevrilişi cəhdi hakimiyyət-xalq birliyinin güclü həmrəyliyi sayəsində dəf olunub. Təəssüf ki, dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 251 şəhid verib.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib