Kamran Əliyev əməliyyat müşavirəsi keçirib
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə “Elektron prokurorluq” informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluq orqanlarına olan inam və etimadının təcəssümü olaraq prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılmasına dair ötən il mayın 7-də imzalanan Fərmanın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair ətraflı məlumat verib.
Bundan sonra, ilkin mərhələdə İnformasiya sistemində tətbiqi nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş modulların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlmiş funksiyalar diqqətə çatdırılıb.
Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin “Elektron Hökumət” portalına və “Elektron Məhkəmə” informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Əməliyyat müşavirəsinin sonunda Baş prokuror tərəfindən cari ilin aprelin 28-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş vermiş yanğının səbəblərinin araşdırılmasında fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi üzrə müvafiq əmrlə təltif olunmuş prokurorluq işçilərinə medal və döş nişanları təqdim edilib.
Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazanıb
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 356 min nəfəri ötür
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub
Müğənni Xan Bəyli və DJ Fateh “Azercell” ilə canlı yayımda
Bakı qarnizonunda əsgər texniki qəza nəticəsində həlak olub
Azərbaycanla Hindistan ikiqat vergini aradan qaldıracaq
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"
Zakir Həsənov xidməti müşavirə keçiib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 125,30 dollara satılır
Azərbaycan polisi 104 yaşında!
İranda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi