logo

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı ilk rəqibi bəlli olacaq

10:30 14-06-2022 | icon 2814
Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı ilk rəqibi bəlli olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin püşkü atılacaq.

YeniAvropa xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubunun da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

Səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Zrinski”, Polşanın “Lex”, Maltanın “Hibernians”, Şimali Makedoniyanın “Şkupi” və Gürcüstanın “Dinamo” (Batumi) komandalarından birinə rəqib olacaq.