Türkiyə Diyanət Vəqfinin Qırğızıstanın paytaxtı Bişkekdə inşa etdirdiyi Mərkəzi Asiyanın ən böyük məscidinin tikinti işləri yekunlaşıb.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, inşasına 2012-ci ildə başlanan məscid Osmanlı memarlığına uyğun inşa edilib. Paytaxtın şərqində təxminən 35 hektar ərazini əhatə edən 7 min 500 kvadratmetr qapalı sahəyə malik olan məscidin, qapalı sahələrində və bağçasında eyni vaxtda 20 min adam ibadət edə biləcək.