logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 850 min nəfərə çatır

17:15 04-06-2022 | icon 3381
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 850 min nəfərə çatır

İyunun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 69 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 218, üç və daha çox doza vaksinlərin sayı 1386, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 180-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 732 min 275, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 349 min 130, ikinci mərhələ üzrə 4 milyon 849 min 817, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 286 min 801, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 246 min 527-dir.