logo

Azərbaycan-İtaliya iqtisadi-ticarət əlaqələri müzakirə olunub

11:55 02-06-2022 | icon 2632
Azərbaycan-İtaliya iqtisadi-ticarət əlaqələri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasının Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat verib.

“İtaliya Respublikasının Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və energetika

sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq məsələləri barədə danışdıq”, - deyə nazir qeyd edib.