logo

"Bakcell eSIM" istifadəyə verdi – Azərbaycanda ilk

11:33 01-06-2022 | icon 6657
"Bakcell eSIM" istifadəyə verdi – Azərbaycanda ilk

"Bakcell" şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq eSIM istifadə edəcəklər. Bununla da plastik SIM karta ehtiyac qalmayacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Yeni nəsil SIM texnologiyası olan eSIM "Bakcell" abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır.  eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək  mümkündür.

"Bakcell" virtual SIM kartını almaq və ya mövcud "Bakcell" nömrəsini virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.

Smartfonunuzun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumatı

https://www.bakcell.com/az/esim səhifəsindən əldə etmək olar. 

Qeyd edək ki, bu, "Bakcell" tərəfindən son bir ay ərzində tətbiq olunan ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası istifadəyə verilib.