logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 848 min nəfəri ötüb

17:36 27-05-2022 | icon 5236
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 848 min nəfəri ötüb

Mayın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 747 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı - 206, üç və daha çox doza vaksinlərin sayı – 2 min 26, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 236-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 718 min 660, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 347 min 151, ikinci mərhələ üzrə 4 milyon 848 min 462, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 277 min 606, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 441-dir.