logo

Ağdamda minaya düşən hərbiçinin ayağı amputasiya edilib

15:15 27-05-2022 | icon 6566
Ağdamda minaya düşən hərbiçinin ayağı amputasiya edilib

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, o, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağının dizdən aşağı ətrafı amputasiya edilib.

Hazırda onun vəziyyəti stabildir.