logo

Slovakiyanın baş naziri: “Putinin növbəti hədəfi bizik”

17:15 25-05-2022 | icon 3696
Slovakiyanın baş naziri: “Putinin növbəti hədəfi bizik”

“Ukrayna uğursuzluğa düçar olarsa, növbəti hədəf Slovakiya olacaq...Ukrayna qalib gəlməlidir”.

YeniAvropa "CNN"ə istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Eduard Heger Davos İqtisadi Forumunda söyləyib.

Avropa İttifaqı üzvlərini tənqid edən Bbş nazir onları Rusiya neftinə çox arxalanmaqda günahlandırıb. O, liderləri Rusiya ilə güzəştə getməməyə çağırıb:“Biz çox uzun müddət öz dəyərlərimizi ucuz qaz və neftə dəyişmişik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb olub. Təcavüzkar müharibə, insanlar ölür. Ukraynalılar dəyərlərimiz üçün qan tökürlər”.