İranın Hərbi Hava Qüvvələrinə məxsus F-4 tipli təyyarə Çabahar bölgəsində qəzaya uğrayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, havaya qalxan təyyarənin mühərrikləri qəflətən dayanıb. Pilotlar qəza vəziyyətinin yaranması haqqında mərkəzə məlumat verərək paraşütlə tullanıblar. Qəzanın səbəbi kimi texniki nasazlıq göstərilir.
Xatırladaq ki, ötən ay İranın Hərbi Hava Qüvvələrinə məxsus F-7 tipli təyyarə də İsfahan yaxınlığında qəzaya uğramışdı.