logo

Bakı metrosunun qatarında ləngimə yaranıb

22:12 18-05-2022 | icon 1470
Bakı metrosunun qatarında ləngimə yaranıb

"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.