logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür

18:58 18-05-2022 | icon 2345
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür

Mayın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 808 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı - 800, üç və daha çox doza vaksinlərin sayı – 2 min 377, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 281-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 694 min 986, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 344 min 556, ikinci mərhələ üzrə 4 milyon 845 min 334, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 261 min 409, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 243 min 687-dir.