İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının(İƏT PA) Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.
İƏT PA-nın baş katibi Tahir Hussain Bakı Bəyannaməsini tarixi sənəd adlandırıb.
“Tarixi Bakı Bəyannaməsinin imzalanması münasibətilə hər kəsi, xüsusən də Azərbaycan parlamentinin sədrini təbrik edirəm”,-deyə o, vurğulayıb.