logo

Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub

12:52 17-05-2022 | icon 1813
Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub

Azərbaycan Respublikası Milli Məclisi Aparatına yeni rəhbər təyin olunub.

 YeniAvropa xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu vəzifəyə Hacıyev Fərid Famil oğlu təyin edilib.

Qeyd edilib ki,  Fərid Hacıyev bunadək Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.