"Azercell"in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-ninbaş sponsorluğu ilə may ayının 15-də “Bakı Marafonu–2022” baş tutub. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq “Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatılıb.
Ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qalıb. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaratdı.
2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən "Azercell" növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və "Azercell"in korporativ abunəçiləri qatıldı.
Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verdi. Beləki, marafonda iştirak edən hər kəsin marşrutboyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradıldı.
Qaliblər "Azercell" tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və “Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi. "Azercell" “Bakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxladı. Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOL9” tarif paketi təqdim edildi.
Yarışçılara dəstək olmaq üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə yekunlaşdı.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır