logo

Peter Mixalko Avropa şirkətlərini Azərbaycana dəvət etdi

10:30 17-05-2022 | icon 2233
Peter Mixalko Avropa şirkətlərini Azərbaycana dəvət etdi

Mən Avropa İttifaqı(Aİ) ölkələrinin şirkətlərini biznes qurmaq üçün gələcək perspektivlərin artmaqda olduğu Azərbaycana yeni baxışla baxmağa dəvət edirəm.

YeniAvropa xəbər verir ki, bu sözləri Aİ-nın Azərbaycandakı Nümayəndələyinin rəhbəri səfir Peter Mixalko deyib.

O bildirib ki, bu gün təqdim olunan Aİ-Azərbaycan Biznes Mühiti Hesabatının 2021-ci il buraxılışı nəinki mövcud biznes mühitinin müstəqil qiymətləndirilməsini təmin edir, həm də əvvəlki illərlə müqayisədə perspektiv dəyişiklikləri görməyə imkan verir.

“Biz qəti şəkildə inanırıq ki, Aİ-Azərbaycan Biznes Forumu iqtisadiyyatın şaxələndirilməsi məqsədini yerinə yetirməkdə Azərbaycana dəstəyini davam etdirəcək”,- deyə Peter Mixalko vurğulayıb.