Ərdoğan yeni müddətə prezidentliyə başlaması münasibətilə Ankarada ziyafət verib
İyulun 9-da Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Türkiyənin paytaxtı Ankarada rəsmi ziyafət keçirilib. YeniAvropa xəbər verir ki, ziyafətdə Azərbaycanı baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdə çıxış edib.
Çıxışında iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Türkiyədə yeni idarəetmə sistemi, dövlət strukturundakı islahatların əhəmiyyəti, daxili və xarici siyasətin istiqamətləri, həyata keçirilən iqtisadi layihələrin önəmi, terrorçuluqla mübarizə, qarşıda duran digər vəzifələr və s. mühüm məqamlardan danışan Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasına çıxarmaq qarşıda duran əsas vəzifələrdən biridir.
Günümüzə qədər Türkiyə yolunda canını fəda edən şəhidlərə, eləcə də iyulun 8-də Uzunköprü-İstanbul marşrutu ilə hərəkət edən sərnişin qatarının qəzaya düşməsi nəticəsində həlak olanlara Allahdan rəhmət diləyən dövlət başçısı əminliklə qeyd edib ki, yeni idarəetmə sistemi ölkəni qüdrətləndirməklə bərabər, hər bir vətəndaşın hüquq və bərabərliyini təmin edəcək.
Sonra Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş yeni idarəçilik sisteminə və Prezident Rəcəb Tayyib Ərdoğanın ali dövləti fəaliyyətinə uğurlar diləyib.
Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.
Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarsalayıblar.
Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.
Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin yekunu ilə bağlı rəsmi məlumatına görə, ölkə üzrə təxminən 60 milyon seçicinin 26 milyon 330 min 823 nəfəri Rəcəb Tayyib Ərdoğana səs verib.
Mərasimdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirib.
Prezidentin sədrliyi ilə yeni tərkibli hökumət iyulun 13-də ilk iclasını keçirəcək.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib