logo

"ARB TV"nin aparıcısı özünü ikiqat biabır etdi: “Təki reklamımız getsin” 

19:39 06-05-2022 | icon 26873
"ARB TV"nin aparıcısı özünü ikiqat biabır etdi: “Təki reklamımız getsin” 
ARB-də yayımlanan “Xəbər-ətər” verilişinin ötən günkü buraxılışı milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyinə həsr edilib. 
 
YeniAvropa xəbər verir ki, bu münasibətlə Əhməd Cavadın nəvəsi Anar Axundzadə proqrama dəvət olunub. Efir zamanı aparıcı Zümrüd Bədəlova qonağa “Babanızı görmüsünüzmü?” deyə sual ünvanlayıb. Onun bu sualı sosial şəbəkələrdə tənqidlərə məruz qalaraq qınaq obyektinə çevrilib. 
 
Çox keçmədən Bədəlova şəxsi "İnstagram" hesabında bununla bağlı paylaşım edərək onu tənqid edənlərə cavab verib:
 
“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamımız getsin”.