Türkiyədə baş verən qatar qəzasında həlak olanların sayı 24 nəfərə çatıb.
YeniAvropa rəsmi mənbələrə istinadla xəbər verir ki, xilasetmə işləri bu gün səhər saat 6.00-da başa çatıb.
Xatırladaq ki, ötən gün "Anadolu" informasiya agentliyi Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinə istinadla qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.
Nazirlikdən verilən yazılı açıqlamadaqeyd edilib ki, Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb. İlkin məlumatda qəzada 10 nəfərin öldüyü, 73 nəfərin isə yaralandığı bildirilirdi.