logo

Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 10 ölü,73 yaralı 

18:59 08-07-2018 | icon 2499
Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 10 ölü,73 yaralı 

Türkiyənin Tekirdağ əyalətində qatarın relsdən çıxaraq aşması nəticəsində 10 nəfər ölüb, daha 73 nəfər yaralanıb.

YeniAvropa xəbər verir  ki, bu haqda Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin yaydığı məlumatda qeyd olunub. 

"Anadolu" informasiya agentliyinin məlumatında görə, nazirlik qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb.