logo

Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb

14:27 08-07-2018 | icon 2471
Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb

Yaponiyanın qərbində davam edən leysanlar və torpaq sürüşməsi azı 80 nəfərin ölümünə səbəb olub. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin 19 regionunda baş verən təbii fəlakət nəticəsində 40-dan çox insan itkin düşüb.

Yaponiya hökumət sözçüsü Yoşihide Suga axtarış xilasetmə işlərinə 54 min nəfərlik mülki müdafiə, sahil təhlükəsizlik, polis və yanğınsöndürmə briqadalarının cəlb olunduğunu açıqlayıb.

Evakuasiya mərkəzlərində 30 mindən çox insanın olduğu bildirilir. Beş milyondan çox insana isə təxliyə olunmaq tövsiyə edilib.

Çaylarda suyun səviyyəsinin böhran həddinə çatdığı Xirosima və Kioto prefekturalarında vəziyyət çox ağırdır. Təbii fəlakətin vurduğu zərbə səbəbindən böyük müəssisə və fabriklər işini dayandırıb.