logo

Sabah Bakıda 24° isti olacaq

13:53 26-04-2022 | icon 1456
Sabah Bakıda 24° isti olacaq

Azərbaycanda aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 22-24° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 25-30° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı bildirilir.