Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarqsyan və qızı Ani barədə axtarış elan edilib.
YeniAvropa xəbər verir ki, bu haqda "TASS" informasiya agentliyi Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
"Məhkəmənin qərarı ilə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib . Ani Sarqsyan və onun qardaşı Narekdən başqa yerə getməmək haqqında iltizam alınıb. Levon və Ani Sarkisyan barəsində axtarış elan olunub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Levon Sarkisyan və qızı Ani qanunsuz varlanmaqda və gəlir bəyannaməsində yayınmaqda ittiham edilirlər.
İyunun 29-da Ermənistanın Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsi Narek Sarqsyanın evində axtarış aparıb. Nəticədə, müstəntiqlər Levon və Ani Sarkisyanın adına olan 6,8 milyon dollarlıq bank əmanətlərinə dair sənədləri tapıblar.