logo

Sulutəpədə "Jiquli" yolu keçən piyadanı vurub öldürüb

12:34 25-04-2022 | icon 1456
Sulutəpədə "Jiquli" yolu keçən piyadanı vurub öldürüb

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aprelin 23-də saat 7 radələrində rayonun Sulutəpə qəsəbəsi ərazisində yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynov Bakı şəhər sakini O.İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində həlak olub.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.