Türkiyə Böyük Millət Məclisi yeni tərkibdə ilk iclasını keçirib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, iclasa müvəqqəti sədrliyi ən yaşlı deputat, “İYİ Partiya”nın təmsilçisi Durmuş Yılmaz edib.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Sonra deputatlar tək-tək and içiblər.