logo

Bakıda Pasxa bayramı qeyd olunur

11:11 24-04-2022 | icon 4466
Bakıda Pasxa bayramı qeyd olunur

Bu gün bütün pravoslav xristianlar pasxa bayramını qeyd edir.

 YeniAvropa xəbər verir ki, pravoslav xristianlar kilsəyə toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Bu dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak ediblər.

Qeyd edək ki, Pasxa İsa peyğəmbərin (ə) çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Azərbaycanda yaşayan provaslavlar "Pasxa"nı dini təriqətlərinə uyğun qeyd edirlər.