Cari ilin ilk beş ayında Türkiyəyə ümumilikdə 11,5 milyon xarici turist gəlib.
YeniAvropa yerli mətuata istinadla xəbər verir ki, PKK terror təşkilatının uzun illərdən bəri Türkiyənin şərq və cənub-şərq bölgəsində mövcudluğu bu bölgədə digər sahələrə olduğu kimi, turizmin inkişafına da ciddi əngəllər yaradırdı. Son iki ildə həmin bölgələrin terrorçulardan təmizlənməsi turizmin inkişafına öz müsbət təsirini göstərib.