logo

Azərbaycanda  daha 33 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:24 21-04-2022 | icon 3052
Azərbaycanda  daha 33 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 603 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 135 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 472, bu günə qədər isə ümumilikdə 6 milyon 785 min 398 test icra olunub.