logo

Saatlıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır

09:48 18-04-2022 | icon 2254
Saatlıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır

Ötən il dekabrın 28-də Saatlı rayonunun Qıraqlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Saatlı rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki,
aparılmış̧ istintaqla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun arvadının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.