logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə KOBİA əməkdaşlıq edəcək

18:55 14-04-2022 | icon 1281
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə KOBİA əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) əməkdaşları ilə görüş keçirilib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə Agentliyin layihələrin İdarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, layihələrin İdarəedilməsi üzrə menecer Nigar Ağakişiyeva, Hüquq məsələləri üzrə menecer Elsevər Musayev iştirak ediblər.

Görüşdə birgə əməkdaşlıq, layihələrin icrasında texniki dəstəyin göstərilməsi müzakirə edilib.

KOB dostu departamentinin müdir müavini Adil Əhmədov və həmin departamentinin Regional layihələrlə iş monitorinq şöbəsinin aparıcı mütəxəssisi Aygün Əhmədova regionlarda layihələrin davamlılığının təmin olunması ilə təşəbbüslər irəli sürüblər. Qeyd edilib ki, KOBİA-nın 31 regionda KOB dostu fəaliyyət göstərir və onların dəstəyi ilə layihələrin davamlılığını təmin etmək olar. Birgə və bir neçə digər dövlət qurumunu cəlb etməklə regionlar üçün “İcma inkişaf proqramı”nın yaradılması təklif olunub.

Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.