logo

Gürcüstanın sabiq baş naziri Giorgi Kvirikaşvili hakim partiyanın sıralarını tərk edib

20:35 05-07-2018 | icon 2562
Gürcüstanın sabiq baş naziri Giorgi Kvirikaşvili hakim partiyanın sıralarını tərk edib

Gürcüstanın sabiq Baş naziri Giorgi Kvirikaşvili hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sıralarını tərk edib. 

YeniAvropa xəbər verir  ki, partiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş siyasi şura üzvlərinin yeni siyahısında G.Kvirikaşvilinin adı yoxdur. Siyahıda partiyanın mayın 11-də keçirilmiş qurultayında siyasi şuraya seçilmiş 15 nəfərdən 14-nün adı var.

Siyasi şuranın üzvü Tamar Çuqoşvili bildirib ki, partiyanın rəhbər strukturunda yeni Baş nazir Mamuka Baxtadze yer alacaq.

Partiyanın üzvü, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, partiyanın şurasından və üzvlüyündən çıxarılmasını G.Kvirikaşvili özü xahiş edib. Onun bundan sonra siyasi fəaliyyətlə məşğul olacağı barədə heç bir məlumat verilmir.