logo

Gecə klubundakı partlayışda xəsarət alan seneqallı qızın vəziyyəti ağırdır

09:29 11-04-2022 | icon 3164
Gecə klubundakı partlayışda xəsarət alan seneqallı qızın vəziyyəti ağırdır

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) məlumat verilib.

Bildirilib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir: "Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüblər".

Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.