Kanadada anomal istilər nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, onlardan 12 nəfər Monreal şəhərində, daha 5 nəfər isə ölkənin şərq bölgəsində ölüb. Burada havanın temperaturu müsbət 40 dərəcəni ötüb.
Qızmar hava şəraitinin iyulun 6-dək davam edəcəyi gözlənilir.