logo

“Qalatasaray” kimsəsiz ukraynalı uşaqlara kömək üçün matça çıxacaq

14:13 07-04-2022 | icon 3129
“Qalatasaray” kimsəsiz ukraynalı uşaqlara kömək üçün matça çıxacaq

Türkiyənin “Qalatasaray” klubu Kiyev “Dinamo”su ilə yoxlama oyunu keçirəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, matç Rusiya işğalçı ordusunun Ukrayna qarşı başladığı müharibədə kimsəsiz qalan ukraynalı uşaqlara kömək etmək məqsədi ilə oynanılacaq. Qarşılaşma aprelin 14-də İstanbulda təşkil olunacaq.

Məlumatı Ukrayna klubunun baş məşqçisi Mirça Luçesku təsdiqləyib.

Qeyd edək ki, hazırda Rumıniyada təlim-məşq toplanışında olan “Dinamo” aprel-iyun aylarında Avropa klubları ilə bir sıra yoxlama görüşləri keçirəcək. Klublar arasında Dortmund "Borussiya"sı (Almaniya) , PSJ (Fransa) , "Barselona" (İspaniya) və "Milan" (İtaliya) da var.