logo

FİFA Qətərdəki dünya çempionatından 7 milyard dollar gəlir gözləyir

18:13 31-03-2022 | icon 2128
FİFA Qətərdəki dünya çempionatından 7 milyard dollar gəlir gözləyir

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyindən rekord məbləğdə - 7 milyard dollar gəlir əldə edəcək.

YeniAvropa  xəbər verir ki, bunu FİFA-nın konqresində qurumun prezidenti Canni İnfantino deyib.

O, qeyd edilib ki, koronavirus pandemiyasına baxmayaraq, tamaşaçıların daha çox televizora baxması və digər yeni platformalardan istifadə etməsi ilə yanaşı, TV, sponsorluq və marketinq gəlirləri vasitəsilə bu sahədə gəlirlərin artımı gözlənilir.

FİFA öz hesabatlarında dekabrın 18-də keçiriləcək dünya çempionatının finalında yayım hüquqlarının yeni rekorda imza atacağını gözlədiyini də bildirib.

Qeyd edək ki, Qətərdə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.