logo

Bu gün daha 5 güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq

11:29 29-03-2022 | icon 1995
Bu gün daha 5 güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, çempionatın ikinci günündə - martın 29-da Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq) səkkizdəbir finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə görüşəcək. Abubakr Abakarov (86 kq) eyni raundda Denis Balaur (Moldova) ilə qarşılaşacaq. Osman Nurmaqomedov (92 kq) yarışa dörddəbir finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq. Aydın Əhmədov (125 kq) təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə güləşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaqlar.