logo

Fiqurlu konkisürənlərimiz dünya çempionatında 9 və 26-cı yeri tutublar

10:30 27-03-2022 | icon 2219
Fiqurlu konkisürənlərimiz dünya çempionatında 9 və 26-cı yeri tutublar

Fiqurlu konkisürmə üzrə dünya çempionatında mübarizə aparan atletimiz Vladimir Litvintsev sərbəst proqram üzrə sonuncu çıxışını edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından YeniAvropa-ya bildirilib ki,təmsilçimiz çıxışının nəticəsinə əsasən 233,62 xal toplayaraq, öz qrupunda 26-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə atletimiz 13-cü yerə sahib olmuşdu.

Martın 21-də start götürən dünya çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski ilə təmsil olunub.

Yekaterina Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. O, sərbəst proqramda 10-cu yerə yüksəlsə də, ümumi xallarının nəticəsinə görə 9-cu yerdə qərarlaşıb.

Digər təmsilçilərimiz Aleksandr Kolosovski və Yekaterina Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Fiqurlu konkisürmə üzrə dünya çempionatına martın 27-də yekun vurulacaq.