logo

Karateçilərimiz bu gün Slovakiya Qran-Prisində yarışa çıxırlar

09:13 26-03-2022 | icon 2373
Karateçilərimiz bu gün Slovakiya Qran-Prisində yarışa çıxırlar

Bu gün Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə, gənclər və böyüklər arasında Qran-Pri turniri start götürür.

YeniAvropa xəbər verir ki, 42-ci dəfə keçiriləcək yarışda qadınların baş məşqçisi Denis Morozov, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə 11 karateçimiz təmsil edəcək.

14-15 yaşlı yeniyetmələrin turnirində Veronika Qaşnikova (47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (61 kq) mübarizə aparacaqlar. Fidan Teymurova, İnci Əzizova (50 kq), İlahə Qasımova, Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə, Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68+ kq) isə qadınlar arasında yarışda iştirak edəcəklər.

Beynəlxalq hakim Cahangir Babayev Qran-Pri turnirini idarə edən referilər arasındadır.

Qeyd edək ki, mötəbər yarışa otuz ölkədən 1975 karateçi qatılacaq.