logo

Kürdəmirdə 20 yaşlı gənci qatar vurub öldürdü

17:15 22-03-2022 | icon 11907
Kürdəmirdə 20 yaşlı gənci qatar vurub öldürdü

Kürdəmirdə ötən gecə 20 yaşlı gənci qatar vurub.

YeniAvropa xəbər verir ki,hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Elgün Bünyəd oğlu Quliyev kəndin ərazisində dəmir yolundan keçmək istəyərkən onu qatar vurub. Gənc elə hadisə yerində ölüb.

Onun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.