logo

Avropa çempionatı:İki boksçumız bu gün qızıl medal üçün rinqə çıxacaq

10:30 22-03-2022 | icon 2905
Avropa çempionatı:İki boksçumız bu gün qızıl medal üçün rinqə çıxacaq

Bu gün Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final qarşılaşmaları keçiriləcək.

YeniAvropa xəbər verir ki, təmsilçilərimiz Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) çempionluq uğrunda mübarizə aparacaqlar. Belə ki, Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə görüşəcəklər.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıblar.