logo

AFFA-ya yeni baş katib təyin olunub

12:32 17-03-2022 | icon 2933
AFFA-ya yeni baş katib təyin olunub

Martın 17-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

İclasda AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, “EURO-2020”nin və turnirlə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsinin bu günədək baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunması barədə qərarlar qəbul olunub..

 YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki,o, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib.

İclasda, həmçinin Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi şuranın sədri sabiq futbolçu Vəli Qasımov, üzvləri isə Fəxrəddin Manafov, Asim Xudiyev, Yunis Hüseynov, Qənirə Paşayeva, Sona Abbasova, Anar Həsənov, Rüstəm Əfsərli və Şaiq Qəribzadə olmaqla təsdiq edilib. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, futbol veteranları - Tofiq Məmmədov (Gəncə), Nazim Mehrəliyev (Ağdam) və Hafiz Əliyevə (Naxçıvan) AFFA-nın təqaüdü verilməsinə dair qərar verilib.

İclasda AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi məsələsi təsdiqlənib.

Xatırladaq ki, Elxan Məmmədov 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tuturdu.